AZ

Arıq, yoxsa kök insanlar daha uzun yaşayır? Nəticələr təəccüblüdür

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Piylənmənin sağlamlığa mənfi təsirləri uzun illərdir məlum olsa da, Yaponiyada aparılan 10 illik araşdırma çəki ilə ömür uzunluğu arasında yeni məlumatlar ortaya çıxardı. 350 min nəfər üzərində aparılan müşahidələr göstərdi ki, bir qədər artıq çəkili insanlar, arıq olanlara nisbətən ölüm riskini daha az yaşayır.Bizim.Media xəbər verir ki, tədqiqatda qadınlarda BMI 23-24.9, kişilərdə isə 25-26.9 olanların ən sağlam qrup olduğu müəyyən edildi. Bu, yaşlılıqda bir az dolğun bədən quruluşuna sahib olmağın ömrü uzada biləcəyini göstərir.Mütəxəssislər bildirirlər ki, arıq qalmaq xüsusilə yaşlandıqca immun sistemi və bədən müqavimətini zəiflədə bilər. Bir az əlavə çəki isə xəstəlik zamanı bədən üçün “enerji ehtiyatı” rolunu oynayır.Yaşlanma ilə əzələ itkisi və fiziki dözümlülüyün azalması baş verir. Balanslı qidalanma və bir az çəki artımı bu prosesə qarşı qoruyucu təsir göstərir.Lakin diqqət edilməlidir: nəzarətsiz çəki artımı yüksək təzyiq, diabet, ürək xəstəliyi və digər xroniki problemlərə səbəb ola bilər. Əsas məqam, piylənmədən qaçmaqla yanaşı, arıqlığın yaratdığı fiziki zəiflikdən də qorunmaqdır.Yaşlılıqda düzgün pəhriz və balanslı çəki, həm ömrü uzadır, həm də həyat keyfiyyətini yüksəldir. (e-saglam.az)Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
3
bizim.media

4Mənbələr