AZ

Türkiyə Superkuboku: “Fənərbaxça” “Qalatasaray”ı məğlub etdi

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Heftelik.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.

Sarı-lacivərdlilər” komandanın yeni transferi Mateo Genduzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.

Qeyd edək ki, “Fənərbaxça” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.

Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” – “Fənərbaxça” – 0:2
Qol: M. Genduzi, 28, C. Ostervolde, 48

Seçilən
10
5
heftelik.az

7Mənbələr