AZ

“İranın təhlükəsizlik qüvvələri qiyamçıların qarşısını alıb” İran mediası

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xarici agentlər və Qərb mediasının çağırışlarına baxmayaraq, yanvarın 10-da İranda etirazlar səngiyib.

"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"Gecə sakit keçir, iğtişaş xəbərləri daxil olmur", - qeyd olunub.

Bildirilib ki, Məşhəd, Gürgan, Ərdəbil və digər ərazilərdə silahlı qiyamçılar və təxribatçılar saat 16:00-dan etibarən xaos yaratmağa çalışsalar da, ictimai biganəliklə qarşılaşıblar.

"İranın təhlükədizlik qüvvələri qiyamçıların qarşısını alıb" , - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
3
azpolitika.info

4Mənbələr