AZ

Mercedes in vurduğu piyada xəsarət alıb Ağdamda qəza FOTOLAR

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda yol nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, qəza hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı 90 LS 885 dövlət nömrəli avtomobil yolu keçən Ağdam rayon Baharlı qəsəbə sakini Orxan adlı şəxsi vurub.

Qəza zamanı xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 32

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
2
avtosfer.az

4Mənbələr