AZ

Qulağınızda səs-küy varsa, bu xəstəlik riskiniz var - DİQQƏTLİ OLUN

Boyun onurğa nahiyəsində damarların daralması qulaqda səs-küyün yaranmasına, eşitmə problemlərinə, tez-tez baş ağrılarına, başgicəllənməyə, həmçinin görmənin qəfil pisləşməsinə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı “SM-Klinika”nın aparıcı nevroloqu Kirill Almazov bildirib.

Mütəxəssis qeyd edib ki, bu cür patologiya diqqətin cəmlənməsi ilə bağlı problemlərə də gətirib çıxara bilər: Arteriyaların daralması nəticəsində beyin kifayət qədər oksigen və qida maddələri almadıqda koqnitiv pozuntular inkişaf edir”.

Mütəxəssisin sözlərinə görə, bu əlamətlər yarandıqda mütləq nevroloq həkimə müraciət etmək lazımdır.

Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr