AZ

Von der Leyen İrandakı etirazları dəstəklədiyini bildirib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrandakı kütləvi etirazları dəstəklədiyini bildirib və nümayişçilərin repressiyasını qınayıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.

"Tehran küçələrində və dünyanın müxtəlif şəhərlərində iranlı qadın və kişilərin azadlıq tələb edən səsləri eşidilir. Danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığı. Avropa onların yanındadır", - deyə fon der Leyen qeyd edib.

Avropa Komissiyasının sədri bəyanatda: "Biz bu qanuni nümayişlərin qəddarcasına yatırılmasını birmənalı şəkildə pisləyirik. Məsuliyyət daşıyanlar tarixi səhv etmələri ilə yadda qalacaqlar", - deyə bildirib.

O, saxlanılan bütün etirazçıların dərhal azad edilməsinə, internetə tam çıxışın bərpa olunmasına və "fundamental insan hüquqlarına hörmət"ə çağırıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
icma.az

1Mənbələr