Pakistan və ABŞ terrorizmə qarşı birgə mübarizə təlimlərinə başlayıblar.
"Ölkə.az" bu barədəxarici KİV-ə istinadla xəbər verir.
Pakistan və ABŞ silahlı qüvvələrinin bölmələri “Inspired Gambit 2026” birgə terrorizmə qarşı mübarizə təlimlərinə başlayıblar. İki həftəlik təlim Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində, Pabbi şəhərindəki Terrorizmə Qarşı Milli Mübarizə Mərkəzində keçirilir. Təlimin məqsədi iki ölkənin silahlı qüvvələrinin bölmələrinin qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirmək və terrorizmə qarşı mübarizə əməliyyatlarında təcrübə mübadiləsi aparmaqdır.
Xüsusilə sıx şəhər mühitində döyüş bacarıqlarının tətbiqinə diqqət yetiriləcək.
Elvin
Ölkə.az