AZ

Elektron etibarnamələrlə bağlı YENİ XƏBƏR – Bu halda…

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə (bir ildən artıq müddətə verilə bilməz) istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə isə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Qeyd etmək lazımdır ki, müasir dövrdə artıq sənədlər elektronlaşır. Belə olan halda etibarnamələr nə vaxt ləğv edilə bilər?

Seçilən
88
1
nocomment.az

2Mənbələr