AZ

"Araz-Naxçıvan"dan 7 qol

"Araz-Naxçıvan" qış fasiləsindən yararlanaraq yoxlama matçı keçirib.

Sportinfo.az xəbər verir ki, Andrey Demçenkonun komandası əvəzedici heyətlə qarşılaşıb. Matçda əsas komanda 7:0 hesablı qələbə qazanıb.

Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar.

Dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edib.

Komanda qış fasiləsini Bakıda keçirir. Hazırlıq prosesi zamanı daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Seçilən
65
sportinfo.az

1Mənbələr