Müğənni Qumral Musayeva açıqlaması ilə diqqət çəkib.
"Ölkə.az" xəbər verir ki, ifaçı qonaq olduğu "Rəngarəng"də sənətkar olacağını iddai edib:
"Mən demədim ki, indi sənətkaram, ancaq bir neçə illər sonra olacağam. Hazırda 37 yaşım var, üzərimdə çalışmağımdan asılıdır. İllər ötməlidir. 50 yaşında sənətkar olacağam. Bəlkə də, hazırda o pillədə ola bilərəm. Sənətdə elələri var ki, onlara sənətkar deyirlər. Ona qalsa, mən də sənətkaram".
Onun açıqlaması birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. (Milli.Az)