AZ

Zaqatalada minik avtomobili aşıb - Ölən və yaralanan var

Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Day.Az-a bildirilib ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Məlumata əsasən, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
46
8
day.az

10Mənbələr