"Football-plus.az" xəbər verir ki, mütəxəssis 7:0 hesablı qələbəni belə şərh edib:
"Əvəzedici komandaya təşəkkür edirəm. Çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxt var, tədricən istədiyimizə nail olacağıq. Zədəli futbolçular var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onların düzgün bərpa olunmağı və mümkün qədər tez vaxtda komandaya qoşulmağı lazımdı".