AZ

Səkkiz nəvəsi olan nənə və babanın 10-cu uşaqları doğulduVİDEO

Lənkəranda ailənin 10-cu uşağı doğulub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailə həyatı qurublar.

Böyük övladlarının 25 yaşı var. Sonuncu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilinin ilk saatında dünyaya gəlib.

Lənkəran Perinatal Mərkəzdə doğulan uşağın cinsi oğlandır. Valideynlər deyirlər ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşatdı. Uşaqların təlim-tərbiyəsi ilə əsasən ana məşğuldur.

Ailənin 10 övladından 7-si qız, 3-ü oğlandır.

Qeyd edək ki, ailənin 7 qız övladından 5- artıq ailə həyatı qurub. Nənə və babanın 8 nəvəsi var. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
1
xezerxeber.az

2Mənbələr