AZ

Moskvadan İrəvana uçan təyyarədə yanğın olub

Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində yanğın baş verib.Bu barədə  “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “FlyOne Armenia”nın 3F324 reysi ilə uçan sərnişinə məxsus şəxsi əşyaları olan çanta enişdən az əvvəl yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya verib və yanğını söndürüblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb və təyyarə sağ-salamat İrəvana enib.

İlkin məlumatlara görə, çantadakı “Powerbank” alışıb.

Hadisənin təfərrüatları araşdırılır.

Seçilən
101
anews.az

1Mənbələr