BAKI, 10 yanvar. TELEQRAF
Moskva-İrəvan reysi ilə uçan təyyarədə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
İrəvana uçan "FlyOne Armenia" aviaşirkətinin 3F324 reysi ilə uçan sərnişinlərdən birinin şəxsi əşyaları olan çantası alovlanıb.
Şahidlərin sözlərinə görə, stüardessalar tez və dəqiq hərəkət edərək yanğını üç yanğınsöndürənlə söndürüblər.
İlkin məlumata görə, çantadakı powerbank yanıb. Hələlik daha dəqiq məlumat yoxdur.
Xəsarət alan olmayıb, uçuş istiqaməti dəyişdirilməyib və təyyarə Ermənistan paytaxtına təhlükəsiz şəkildə çatıb.