ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimal-Qərb bölgəsindən keçən avtomobil yollarında bu saatlarda qatı duman müşahidə olunur.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə ərazisindən keçən Şəki-Qax- Zaqatala avtomobil yolunda eləcə də Yevlax-Zaqatala-Gürcüstan magistralının əsasən Qax və Zaqataladan keçən ərazilərində qatı duman müşahidə olunur.Məlumata görə, duman bəzi yerlərdə görmə məsafəsini 5-8, bəzən isə 12-15 metrə kimi məhdudlaşdırıb.Qeyd edək ki, səhər saatlarından bölgənin əksər ərazilərində yağışlı hava müşahidə olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.