AZ

"Ayaks" İbrahimoviçin oğlunu İSTƏYİR

"Ayaks" "Milan"ın futbolçusu Maksimilian İbrahimoviçi heyətinə qatmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Maksimiliann əfsanəvi isveçli hücumçu Zlatan İbrahimoviçin oğludur. O, "Milan"ın gənclər komandasında - "Milan Futuro"da oynayır.

19 yaşlı futbolçu cari mövsüm Seriya D səviyyəsində 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Maksimilianın çıxışı "Ayaks"ın diqqətini cəlb edib. Bildirilib ki, klublar hazırda satın alma opsiyası ilə icarə müqaviləsi üzrə danışıqlar aparırlar.

Bizim.Media

Seçilən
59
1
bizim.media

2Mənbələr