AZ

"Qaçqınkom"dan "Qobu Park"dakı vəziyyətə REAKSİYA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Qobu Park" yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, bundan öncə də oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə "Qobu Park" yaşayış kompleksindəki binaların getdikcə yararsız vəziyyətə düşdüyünü əks etdirən videogörüntülər yayılmışdı.(oxu.az)

Seçilən
92
29
olke.az

10Mənbələr