Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Polşanın Zambrov şəhərində polis kənd təsərrüfatı naziri Stefan Krayevskinin evinin qarşısına peyin tökməkdə və cinayətkar təhdidlər etməkdə şübhəli bilinən 35 yaşlı kişini saxlayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.
Şübhəli polis nəzarətinə götürülüb.
Hadisə Polşa fermerlərinin cümə günü Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənən MERKOSUR (Cənubi Amerika Ümumi Bazarı, Argentina, Braziliya, Paraqvay və Uruqvayın iştirak etdiyi iqtisadi və siyasi birlik) ölkələri ilə ticarət müqaviləsinə qarşı etirazları fonunda baş verib. Etirazlar Varşavada və ölkənin digər şəhərlərində keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.