"Milan"ın təcrübəli qapıçısı Mayk Menyan klubla olan sözləşməsini uzunmüddətli əsasda yeniləyir.
Fanat.Az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar artıq yekun mərhələyə çatıb.
Tanınmış insayder Canluka Di Marsionun yaydığı məlumata əsasən, 30 yaşlı fransız qolkiper "rossonerilər" ilə 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Yeni sazişə əsasən, Menyanın illik maaşının 5,7 milyon avro olacağı və bununla da o, komandanın ən çox qazanan oyunçularından biri — Rafael Leao ilə eyni səviyyəyə çatacağı bildirilir.
Kamil Xudiyev