Xəbər verdiyimiz kimi Nizami rayonunda qanunsuz tikinti işləri aparılıb.
Verilən məlumatalara görə ərazidə həmişəyaşıl ağacların kəsilməsidə iddia olunur. Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Nizami rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır. Nizami rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı. Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.
***
Videogörüntüdə qeyd olunan faktları dəqiqləşdirmək üçün Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarovla əlaqə saxladıq. Sektor müdiri bildirdi ki, sözgedən ərazidəki tikinti ilə bağlı araşdırma aparılacaq və məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik…