AZ

İnsan niyə dəyişmək istəyir? - Psixoloq açıqladı

Bəzən insanlar özlərini olduğu kimi qəbul etməkdə çətinlik çəkirlər. 

Bu səbəbdən son dövrlərdə həm qadınlar, həm də kişilər arasında estetik prosedurlara tələbat xeyli artıb.

İnsanlar başqalarında gördükləri xüsusiyyətləri özlərinə tətbiq etməyə çalışır, bəzilərinin isə bu dəyişiklikləri yalnız xarici görünüşlə kifayətlənmir, daxildən də özlərini, davranışlarını, hətta duyğularını dəyişməyə məcbur edirlər.

İnsanlar niyə özlərini olduğu kimi qəbul etməkdə çətinlik çəkir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, bu bir sıra amillərlə bağlıdır:

"İnsanlar özlərini olduğu kimi qəbul etməkdə çətinlik çəkirlər, çünki çoxumuz uşaqlıqda sevginin şərtli olduğunu öyrənmişik. Yəni “belə olsam sevilərəm, belə olmasam rədd edilərəm”. Bu, şüuraltında “Olduğum halımla yetərli deyiləm" kimi inanc yaradır". Bu inanc böyüyəndə də aktiv qalır. Ona görə insanın içində daim “daha yaxşı olmalıyam, daha fərqli olmalıyam” istəyi yaranır. Bu istək çox vaxt sağlam inkişafdan yox, daxili utancdan gəlir, yəni insanın özünü içdən-içə səhv, çatışmayan biri kimi hiss etməsindəndir".

Psixoloq qeyd edib ki, bu prosesi idarə edən mexanizm daxili tənqidçidir:

"O bir vaxtlar insanı tərk edilməkdən və rədd olunmaqdan qorumaq üçün yaranıb, amma indi səni daim özünlə müqayisədə, düzəltmə və bəyənməmə halında saxlayır. Ona görə insan dəyişmək istəyir, amma bu dəyişmə çox vaxt sevgi ilə yox, qorxu ilə gəlir: “Əgər belə olsam, qəbul edilərəm.” Halbuki həqiqi inkişaf yalnız o zaman başlayır ki, insan artıq özünü “düzəldilməli biri” kimi yox, olduğu halıyla dəyərli biri kimi görə bilir".

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr