AZ

Şəlalədə selfi çəkdirmək istəyən gənc futbolçu yıxılıb öldü

Fransalı futbolçu Aleksis Verqos Tailandın Samui adasında şəlalə yaxınlığında selfi çəkməyə cəhd edərkən yıxılaraq həlak olub.

Sitat.info xarici mediaya istinadla bildirir ki, hadisə idmançı sevgilisi ilə birlikdə istirahətdə olarkən Na Muang 2 şəlaləsi yaxınlığında baş verib.

Gənc futbolçu büdrəyərək sürüşkən qayaların üzərindən yıxılıb və ağır baş travması nəticəsində həyatını itirib. Futbolçunun sevgilisi isə ağacın budağından yapışaraq sağ qala bilib, lakin ağır psixoloji sarsıntı keçirib.

Aleksis Verqosun cəmi 22 yaşı var idi. Gənc futbolçu Fransanın həvəskar futbol klubunda çıxış edirdi.

Seçilən
14
1
sitat.info

2Mənbələr