Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyunSamvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün - 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb.Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib.O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir:"Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta