AZ

Avtomobildə siqaret çəkənlərin NƏZƏRİNƏ KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda avtomobildə siqaret çəkməyə görə cərimə məsələsi tez-tez müzakirə olunur.

Bəs mövcud qanunvericilik bu məsələyə necə yanaşır?

Mövzu ilə bağlı KONKRET.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, şəxsi avtomobildə siqaret çəkməyə görə birbaşa cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu hal yalnız sürücü və ya sərnişin tərəfindən ətraf mühitə zibil atılması ilə müşayiət olunarsa, inzibati məsuliyyət yarana bilər.

Tağı Hüseynov

Hüquqşünas qeyd edib ki, vəziyyət taksilərdə fərqlidir. Belə ki, taksi ictimai nəqliyyat vasitəsi hesab olunduğundan, həm sürücünün, həm də sərnişinin avtomobildə siqaret çəkməsi qanunla qadağandır və bu halda cərimə tətbiq oluna bilər.

Tağı Hüseynovun sözlərinə görə, bu qadağa sərnişinlərin sağlamlığının qorunması və ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, ictimai nəqliyyatda və insanların kütləvi istifadə etdiyi məkanlarda siqaret çəkməklə bağlı inzibati məsuliyyət “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tənzimlənir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
konkret.az

2Mənbələr