AZ

Qaçqınkom Qobu Park da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür", - qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
11
apa.az

10Mənbələr