Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tikanlı bir gülə xoş gözlə baxsan,
Tikan da gözündə gülə bənzəyər.
Çirkin bir ürəklə günəşə baxsan,
Günəş də gözündə külə bənzəyər.
Günah günəşdə yox - gözlərindədir,
Çirkabdan yoğrulmuş sözlərindədir.
******
Dəyərli sözlərə gülüş atırlar,
Bu da düşüncənin yoxluğundandır.
Yersiz danışırlar,sonra batırlar.
Bu da fitnə felin çoxluğundandır.
Günah yolda deyil,izlərindədir,
Çirkabdan yoğrulmuş sölərindədir.
******
Yaxşılar yolundan dönməyir geri,
Hər zaman irəli baxıb gedirlər.
Olmasın kimsənin bir dərdi-səri,
Onunçün həmişə kömək edirlər.
Günah nə fəsildə,illərindədir,
Onların söz deyən dillərindədir.
******
Ağıllı insanlar hər zaman,hər an,
Salamla başlayır söhbətə-sözə,
Sağolla qurtarır sözünü hər an,
Qoymayır söz düşə mönətə,közə.
Günah cahildə,kimilərindədir,
Çirkabdan yoğrulmuş sözlərindədir.
******
Çoxları qarşılıq vermir insana,
Sanır ki,dünyada qalacaq hər an.
Guya ki,hökmran gəlib cahana,
Sonunda cəzasın verir Yaradan.
Günah Dünyada yox,özlərindədir,
Çirkabdan yoğrulmuş sözlərindədir.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə Edilməsi ixtisasının magistratura tələbəsi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.