Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Dövlət Gömrük Komitəsində kadr islahatı aparılıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi vəzifəsi Ramin Seyidova həvalə edilib.
Qeyd edək ki, R.Seyidov bir neçə gün əvvəl Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin olunan Sənan Şahbəndiyevin vəzifələrini icra edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.