AZ

Nəsimi rayonuna kim rəhbərlik edir?

Ötən gün bəzi xəbər saytlarında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması barədə məlumat yayılıb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə isə icra başçısının səlahiyyətlərini hazırda digər müavin Zahid Xəlilov icra edir. Yəni Gülarə Verdiyeva birinci müavin olsa da, icra başçısı vəzifəsinin səlahiyyətləri Zahid Xəlilova tapşırılıb.

Xatırladaq ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən ilin dekabrında işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. O, bu rayona cəmi 47 gün rəhbərlik edib. Elxan İbrahimov daha öncə Kürdəmirin icra başçısı vəzifəsində çalışıb.

T.İSMAYIL

Seçilən
35
1
redaktor.az

2Mənbələr