AZ

Polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlandı

Ötən gün polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

AzNews.az

Seçilən
88
6
aznews.az

10Mənbələr