AZ

Etirazçılar xəstəxananı yandırdı, ölən var

BAKI, 10 yanvar. TELEQRAF

İranda etirazlar zamanı xəstəxanada baş verən yanğında tibb bacısı ölüb.

Teleqraf xəbər verir ki, bu barədəİranın dövlət televiziyasının (IRIB) məlumat yayıb.

Məlumata görə, yanvarın 9-na keçən gecə ölkənin şimal-qərbində yerləşən Gilan şəhərində xəstəxanada baş verən yanğın nəticəsində tibb bacısı həyatını itirib.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin dəyər itirməsindən sonra Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Ertəsi gün tələbələr də etirazlara qoşulub. Daha sonra iğtişaşlar ölkənin əksər iri şəhərlərinə yayılıb.

Yanvarın 2-dən etibarən küçələrdə naməlum silahlı şəxslərdən ibarət qruplar peyda olub və etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmaların intensivliyi artıb.

Seçilən
78
teleqraf.com

1Mənbələr