AZ

Ceylo səhnədə yerə uzandı, o hadisə oldu: "Sizin mənim kimi bədəniniz olsaydı..." - VİDEO

Cennifer Lopez Las Veqasda, Caesars Palace səhnəsində verdiyi konsertinin açılışında nümayiş etdirdiyi iddialı rəqs performansı ilə sosial medianı silkələyib.

News365.az xəbər verir ki, səhnədəki cəsarətli xoreoqrafiya və cazibədar anlar qısa zamanda viral olub, izləyiciləri iki yerə bölüb.

Onun açıq-saçıq geyimdə bədən quruluşuna valeh olanlar da az olmayıb. Bununla yanaşı, dünya ulduzunu yaşına uyğun geyinmədiyini düşünərək tənqid edənlər də olub.

Sənətçi isə bu fikirlərə elə konsert səhnəsində cavab verib. Lopez bildirib ki, tez-tez ona "niyə həmişə belə pozalar verir, niyə yaşına uyğun yox, daim açıq geyinir, niyə həmişə çılpaqdır?" sualları ünvanlanır. O, isə gülümsəyərək deyib:

"Gənc qız kimi deyirəm ki, sizin də mənim kimi bədəniniz olsaydı, siz də eyni cür geyinərdiniz".

Seçilən
113
3
news365.az

10Mənbələr