Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah" NTD-ni məğlub edib.
Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş "Sabah"ın 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Tur çərçivəsində bu gün daha bir qarşılaşma keçiriləcək. Saat 17:00-da, eyni məkanda "Neftçi" "Şəki" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.
“Lənkəran” oyunçusu ilə yollarını ayırıb
ABL: "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək
ABL: XII tura start verilib
"Abşeron Lions" heyətini amerikalı ilə gücləndirib
ABL: İlin ilk oyunları keçiriləcək