Aparıcı Zaur Nəbioğlunun “Rəngarəng” verilişində keçən dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, veriliş zamanı aparıcı efirdə qonaq olan müğənni Kəmalə Nəsibovaya üz tutaraq sual ünvanlayıb.
“Avropanın paytaxtı Dubaydır”, - deyə o zarafatla sual edib.
Aparıcının sualına cavab olaraq müğənni “Avorpanın paytaxtı Belçikadır, yəni Brüsseldir. Çünki mənim oğlum 2 ildir orada təhsil alır” sözlərini söyləyib.
Aparıcı daha sonra "Şəbnəm Tovuzlu 100% deyir ki, Zaur mənə söz atır" deyərək gülüb.
Müğənni ilə aparıcı arasındakı dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin savadsızlıqda ittiham edib.
Bununla belə sosial şəbəkələrdə müğənninin tərəfini saxlayanlar da olub.
Hüquq müdafiəçisi Sahib Məmmədov: “Nəyi səhv deyibki? Aİ-nin siyasi paytaxtı Brüsseldir. Qısaca Avropanın paytaxtı deyirlər. Süni intellekdən soruşun təsdiq edəcək”.
Jurnalist Dünya Sakit: “Ay camaat, Belçika Avropa İttifaqının paytaxtıdır. Avropa İttifaqının bütün rəhbər strukturları Belçikada yerləşir, faktiki paytaxt rolunu oynayır. Qadın düz deyib, niyə yazığı linç edirsiniz?”
Haldun Novruzzadə: “Düz deyir, amma ifadə edə bilmir. Avropa Birliyinin mərkəzi Brüsseldə yerləşir deyə, paytaxtı Belçika sayılır”.
Qeyd edək ki, illər əvvəl müğənni Şəbnəm Tovuzlu verilişlərdən birində "Avropanın paytaxtı Amerikadır" sözlərini deməsi lağ obyektinə çevrilmişdi.
Billurə