AZ

"Zirə" Antalyaya yollandı

Misli Premyer Liqasının iştirakçılarından olan “Zirə” qış təlim-məşq toplanışının ikinci hissəsini həyata keçirmək üçün Antalyaya yollanıb.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb.

“Zirə”nin Antalya toplanışı yanvarın 17-dən davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Seçilən
18
5
fanat.az

6Mənbələr