AZ

Suraxanıda mənzildə köməksiz qalan 2 nəfər xilas edilib

BAKI, 10 yanvar. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Seçilən
76
2
teleqraf.com

2Mənbələr