AZ

Suriya ordusu Hələbi SDQ-dən tam təmizlədi

Suriya ordusu özünü “Suriya Demokratik Qüvvələri” (SDQ) adalandıran YPG və PYD terror qruplarınn əlində olan Hələb vilayətini tam nəzarət altına aldığını elan edib.

“Al-Arabiya” xəbər verir ki, bununla bağlı ordu bəyanat yayıb.

Məlumatda bildirilir ki, Suriya ordusu  Hələb şəhərində terror qruplarının mövcudluğunu qoruyub saxladığı son rayon Şeyx Məqsudda hərbi əməliyyatlarını başa çatdırıblar.

Daha əvvəl Suriya ordusu Hələb ərazisinin artıq 90%-nə nəzarət etdiyini bildirmişdi.

Xatırladaq ki, 2025-ci il martın 10-da SDQ Suriya ilə yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinə daxil olma haqqında saziş imzalayıb. Sənəd Prezident Əhməd Əş-Şaraa ilə SDQ-nin komandanı Mazlum Abdi arasında görüş zamanı imzalanıb.

Saziş həmçinin Suriyanın bütün ərazisində atəşkəsin dayandırılmasını və SDQ-nin yeni Suriya hakimiyyətini dəstəkləməsini nəzərdə tutur. Lakin SDQ saziş üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etdi, bu da Suriya ordusu ilə Hələbdə yerləşən SDQ qüvvələri arasında döyüşlərin yenidən başlamasına səbəb oldu.

Seçilən
18
4
7times.az

5Mənbələr