AZ

"Çelsi"nin futbolçusu "Middlsbro"ya keçdi

style='margin-bottom:10px;'>

"Çelsi"nin 20 yaşlı yarımmüdafiəçi Leo Kasldayn "Middlsbro"ya keçib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Çelsi" Kasldayna verdiyi töhfələrə görə təşəkkür edib və yeni karyera mərhələsində ona uğurlar arzulayıb: "Leo'ya "Çelsi"nin inkişafına qatqısı üçün təşəkkür edirik və ona yeni komandasındakı karyerasında uğurlar arzulayırıq".

İngiltərəli yarımmüdafiəçi Çempionşip təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Kasldayn 2020-ci ilin mart ayında "Çelsi"nin akademiyasına qatılıb və bir neçə ay sonra əsas komandaya qədər yüksəlib. O, "Çelsi"nin əsas komandasında debütünü 2021-ci ilin Liqa kubokunun yarımfinalında "Midsboro"ya qarşı etmişdi. 

Transfermarkt portalına əsasən, Kasldaynın bazar dəyəri 1,1 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
56
3
teleqraf.com

4Mənbələr