AZ

İsveç XİN: Trampın bəyanatlarına ciddi yanaşmaq lazımdır

BAKI, 10 yanvar. TELEQRAF

İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard Venesuelaya hücumdan sonra ABŞ-nin Qrenlandiyaya nəzarətlə bağlı bəyanatlarını və təhdidlərini yenidən qiymətləndirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Sveriges" radiosuna müsahibə verib.

"Bunlar sadəcə Amerika administrasiyasının sözləri deyil, öyrəşdiyimizdən fərqlidir. Həmçinin görürük ki, onlar tez bir zamanda hərəkətə keçməyə hazırdırlar. Bunu Venesuelada gördük. İndi ABŞ prezidenti Donald Trampın vədlərini yerinə yetirmək niyyətində olduğunu düşünməliyik. İndi ritorika gücləndiyinə görə, mən buna çox, ciddi yanaşıram", - deyə nazir qeyd edib.

Seçilən
28
teleqraf.com

1Mənbələr