AZ

Evdə tək filminin ulduzu cərimələnib

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Evdə tək” filmlərində Marv Merçins obrazı ilə tanınan amerikalı aktyor Daniel Stern əxlaqsızlığa təhrik etməkdə ittiham olunaraq cərimələnib.

Teleqraf xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə 2025-ci il dekabrın 10-da, Milad tətili dövründə baş verib.

68 yaşlı aktyor Kaliforniyanın Kamarillo şəhərində yerləşən oteldə gecə əyləncəsi məqsədilə pul qarşılığında qadınla görüşməyə cəhd edib. Lakin onun bu planı polis tərəfindən qarşısı alınıb.

Qeyd olunur ki, Daniel Stern əxlaqsızlığa təhrik ittihamı ilə cərimə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
sherg.az

2Mənbələr