AZ

Adnan Əhmədzadənin adı hallanan “Grand-Mart”ın milyonluq borcu

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən "Grand-Mart” marketlər şəbəkəsinin dövlətə milyonlarla manat borcu üzə çıxıb.

Borcun nə zamandan bəri yarandığı məlum deyil.

Hazırda marketlər şəbəkəsinin 3 789 039.12 manat vergi borcu mövcuddur.

Vergi Məcəlləsinin müddəlarına görə isə vergi borcunun gecikdirilməsi sanksiyalarla nəticələnə bilər.

Qeyd edək ki, "Grand-Mart” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur. "Grand-Mart” MMC-yə "Grandmart”, "Megastore”, "Bizim market”, "Novas Home”, "Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.

Xatırladaq ki, bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddia olunur.
 
 
 
 


Seçilən
12
6
7news.az

7Mənbələr