AZ

Peyğəmbərin azərbaycanlı adaşları: Məhəmməd, Muhamməd, Muhammed...

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son illər Azərbaycanda yeni doğulan uşaqlara dini-mənəvi dəyərlərdən irəli gələn adların qoyulması tendensiyası müşahidə olunur: Hüseyn, Əli, Yusif, Ömər, Məhəmməd və s.Statistikaya nəzər salsaq, yeni doğulan oğlan uşaqları arasında Məhəmməd adının ilk “10-luq”da olduğunu görərik.Məhəmməd İslam peyğəmbərinin adıdır və müsəlman cəmiyyətlərində xüsusi hörmətə malikdir. Ekspertlər deyirıər ki, Azərbaycanda valideynlərin bu adı seçməsində əsas motivlərdən biri peyğəmbərə olan sevgi və ehtiramdır. Bir çox ailələr inanır ki, uşağa bu adı vermək onun həyatına bərəkət, düzgün yol və mənəvi qorunma gətirəcək. Xüsusilə indiki çətin müharibələr, sosial-iqtisadi çətinliklər dönəmində bu cür adlar ümid və dayaq rəmzinə çevrilir.Bəzi valideynlər üçün isə bu ad bir növ dua kimidir: “Qoy oğlum peyğəmbərin əxlaqına yaxın olsun”, - deyirlər.Rəsmi statistikaya baxsaq, görərik ki, son illə yeni bir tendensiya da müşahidə olunur: valideynlər yeni doğulan oğlan uşaqların təkcə Məhəmməd adı qoymurlar, Muhammed, Muhammad kimi adlara da üstünlük verirlər.Ekspertlər deyirlər ki, bu, həm qloballaşmanın, həm də dini kimliyə daha açıq vurğu etməyin nəticəsi kimi dəyərləndirilə bilər.

Eyni adların kütləvi yayılması maraqlı sosial mənzərə yaradır. Məktəblərdə bir sinifdə bir neçə Məhəmməd, universitet auditoriyalarında bir neçə Muhammad, iş yerlərində bir neçə Muhammed ola bilər. Bu isə bəzən fərdiliyin itməsi, insanın adla deyil, ata adı, ləqəb və ya soyadla tanınması kimi nəticələr də doğurur.Buna baxmayaraq, bir çox ailələr üçün adın unikallığı deyil, daşıdığı mənanın böyüklüyü əsasdır. Onların düşüncəsinə görə, müqəddəs və hörmətli bir adı daşımaq özü-özlüyündə fərqlilikdir.Modern.az saytı Ədliyyə Nazirliyinin adlarla bağlı statistikasından maraqlı məlumat əldə edib.Məlum olub ki, yola saldığımız 2025-ci ildə Azərbaycanda yeni doğulan 527 uşağa

Məhəmməd adı qoyulub.Bununla yanaşı, 199 uşağa Muhamməd, 73 uşağa Muhəmməd, 29 uşağa Muhammed, 19 uşağa isə Muhammad adı verilib.Biz hələ Məhəmmədəli, Muhammadali, Muhammedəli kimi digər dini adları demirik. Yeni doğulanların bir xeyli hissəsinə də belə mürəkkəb adlar qoyulub.Şübhəsiz ki, Məhəmməd adı və onun oxşar formalarının Azərbaycanda bu qədər geniş yayılması sadəcə ad statistikası deyil. Görünür ki, bu, inancdan, mənəvi dayaq axtarışından irəli gəlir. Bu adları daşıyan minlərlə azərbaycanlı uşaq isə istər-istəməz, peyğəmbərin adaşı olmaq kimi ağır bir mirasla böyüyür.A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
2
modern.az

10Mənbələr