ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı”dır. Bu barədə qərar 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin kollegiya iclasında keçirilmiş səsvermənin nəticəsinə əsasən qəbul edilib.
Dünən Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib. “İdman paytaxtı”nın loqosunda Qazaxın rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı təsvir edilib. Layihənin şüarı da Qazaxın idman ruhunu və dinamizmini ifadə edir: “Qazax – hərəkətə qoşul!”
Layihə üçün hazırlanan maskotda isə gənc idmançı Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla əks olunub. “İdman paytaxtı” layihəsinin şüarı və maskotu süni intellekt vasitəsilə hazırlanıb.
Xatırladaq ki, “İdman paytaxtı” statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb.
Qabil YUSİFOĞLUXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.