AZ

Adı 800 min manatlıq yeyintidə hallanan Mehdiyev niyə azadlıqdadır?

"Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyiblər.

Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.

Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.

Seçilən
85
5
publika.az

10Mənbələr