Futbol üzrə İtaliya A Seriyasında cari həftəsonu 20-ci turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, yanvar ayının ortalarına doğru çempionluq uğrunda mübarizə maksimum dərəcədə canlı görünür. Turnir cədvəlinə 42 xalla “İnter” başçılıq edir. Lakin onu dərhal bir neçə təqibçi izləyir: “Milan”ın 39, “Napoli”nin 38 xalı var, “Yuventus” və “Roma” isə hərəsi 36 xal toplayıb.
“İnter” – “Napoli” (11 yanvar)
Turun mərkəzi qarşılaşması Milanda, “San-Siro” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Turnir cədvəli baxımından bu qarşılaşma skudetto uğrunda mübarizənin gedişatını kəskin şəkildə dəyişə bilər. “İnter” oyuna lider kimi çıxır, “Napoli” isə üçüncü pillədə qərarlaşıb və eyni sayda oyun keçirməklə dörd xal geri qalır. Buna görə meydan sahiblərinin qələbəsi xal fərqini xeyli artıra, qonaqların uğuru isə birinci yer uğrunda mübarizədə intriqanı yenidən alovlandıra bilər.
Rəqiblərin son oyunlardakı fonu fərqlidir. Kristian Kivunun komandası qələbə seriyasını davam etdirir və həftə ərzində səfərdə “Parma”nı 2:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. “Napoli” isə ötən turda “Verona” ilə oyunda 0:2 hesabı ilə geri düşdükdən sonra 2:2 hesablı heç-heçəni xilas edib. Antonio Konte matçdan sonra xüsusilə komandanın reaksiyasını qeyd edərək bildirib ki, uğursuz birinci hissə “istənilən komandını sındıra bilərdi”, lakin “Napoli” oyuna qayıtmağı bacardı.
Kadr durumu da qarşılaşmanın taleyinə təsir göstərə bilər. “İnter”də Davide Frattezinin durumu sual altındadır. Bununla yanaşı, Endi Diuf və Tomas Palasiosun heyətə qayıtmaq şansı var, Denzel Dumfris isə uzun müddətdir zədəlilər siyahısında qalır. “Napoli”də itkilər daha ciddidir: Frank Angissa, Kevin De Bruyne, Romelu Lukaku və Billi Gilmorun oynaması mümkün deyil və ya problemli hesab olunur, David Neres isə statusu qeyri-müəyyən olan futbolçular sırasındadır.
“İnter” daxilində gizlətmirlər ki, bu oyun mövsümün ən vacib məqamlarından biridir. “Parma” üzərində qələbədən sonra Kivu “Napoli” ilə oyunun əhəmiyyətini açıq şəkildə vurğulayıb və çempionatda “qiymətləndirilməyəcək matçların olmadığını”, belə bir mərhələdə isə “hər bir xalın vacib olduğunu” bildirib. Konte isə “Verona” ilə oyundakı büdrəmədən sonra keyfiyyət baxımından inkişaf etməyin zəruriliyini qeyd etsə də, komandanın xarakterini və çətin oyunları xilas etmək bacarığını önə çəkib.
A Seriyasının 20-ci turunun digər oyunları
10 yanvar
“Como” – “Bolonya”
“Udineze” – “Piza”
“Roma” – “Sassuolo”
“Atalanta” – “Torino”
11 yanvar
“Leççe” – “Parma”
“Fiorentina” – “Milan”
“Verona” – “Latsio”
12 yanvar
“Cenoa” – “Kalyari”
“Yuventus” – “Kremoneze”
Hazırda A Seriyasının turnir cədvəli
“İnter” – 42
“Milan” – 39
“Napoli” – 38
“Yuventus” – 36
“Roma” – 36
“Como” – 33
“Atalanta” – 28
“Bolonya” – 26
“Latsio” – 25
“Udineze” – 25
“Sassuolo” – 23
“Torino” – 23
“Kremoneze” – 22
“Kalyari” – 19
“Parma” – 18
“Leççe” – 17
“Cenoa” – 16
“Verona” – 13
“Fiorentina” – 13
“Piza” – 12