Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə çempionatında çıxış edə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, sözügedən oyunçunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə "Aston Villa" icarəyə götürmək istəyir.
Bildirilir ki, İngiltərə millisinin üzvünün transferində Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri şəxsən maraqlıdır. Futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan K.Qallaher 2024-cü ildən La Liqa təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 27 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" 25 yaşlı futbolçunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.