AZ

Suriya hərbçiləri SDQ-yə qarşı əməliyyatı başa çatdırıblar: Ordunun nəzarətə götürdüyü məhəllədən ilk görüntülər

Suriya ordusu YPG və SDQ (Suriya Demokratik Qüvvələri) terror qruplaşmaları ilə münaqişənin kəskinləşməsi fonunda ölkənin şimalındakı Hələb şəhərinin Şeyx Maqsud məhəlləsində təhlükəsizliyin təmin edilməsi üzrə tammiqyaslı əməliyyatın başa çatdığını elan edib.

 

 

Moderator.az-ın xəbərinə görə, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Suriya ordusunun əməliyyat komandanlığı ərazidəki dinc sakinləri evdə qalmağa və küçəyə çıxmamağa çağırıb, çünki Suriya Demokratik Qüvvələrindən və PKK-dan olan terrorçular müəyyən ərazilərdə gizlənirlər.

Bəyanatda, həmçinin qeyd olunub ki, mülki şəxslər fövqəladə hallar zamanı və ya şübhəlilər barədə məlumat vermək üçün yerlərdə təhlükəsizlik qüvvələrinə müraciət edə bildirə bilərlər.

Eyni zamanda, Şeyx Maqsud məhəlləsindən ilk görüntülər yayılmağa başlayıb, Suriya ordusu məhəllənin 90%-ni nəzarətə götürüb.

Lakin YPG/SDQ terror təşkilatı ilə toqquşmalar fasilələrlə davam edir.

Yayılan videogörüntülərdə Şeyx Maqsudun cənub-şərq ərazisi, dağıdılmış Həsən məscidi əks olunub.

Döyüşlər bu ərazilərdən çox kənara yayılıb, qalan terrorçular məhəllənin qərb hissəsində toplaşırlar və Suriya ordusu ilə toqquşmaları davam etdirir.

Qeyd edək ki, ötən gecə ərzində çox sayda terrorçu sağ olaraq ələ keçirilib, Suriya ordusu qalan terrorçuları təslim olmağa çağırıb və atəş açan hər kəsə qarşılıq veriləcəyini bəyan edib.

Seçilən
37
1
moderator.az

2Mənbələr