Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
"İtaliyanın baş naziri Ciorca Meloni, Rusiya ilə sülhün təmin edilməsi məqsədilə dialoqda önəmli rol oynamalıdır".
Bizimyol.info xəbər verir ki, bu fikri, Finlandiyanın milliyyətçi-konservativ "Azadlıq Alyansı" partiyasının üzvü Armand Mema bildirib.
Əvvəlki açıqlamasında Meloni, Avropanın artıq Rusiyayla danışmağa başlamalı olduğunu bildirmişdi. O, Ukrayna üzrə xüsusi nümayəndə təyin edilməsinin tərəfdarı olduğunu qeyd edib.
"Meloni dünya və diplomatiya üçün Kayı Kallasdan daha çox iş görür. Avropanın adından sülhün təmin olunmasında əsas rol Meloniyə verilməlidir," – deyə siyasətçi "X" platformasında yazıb.
O, Kallasın Avropanın silahlanmalı və Rusiyaya zərər verməli olduğu barədəki açıqlamalarını "şok edici" adlandırıb. Siyasətçi, Rusiya Hərbi Qüvvələrinin Kiyevin terror hücumuna cavab olaraq "Oreşnik" raket kompleksi ilə etdiyi zərbəni gərginliyin artması kimi yox, xəbərdarlıq kimi qiymətləndirib. "Rusiya hələ də dialoq üçün açıqdır" – deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya hərbçiləri, Kiyevin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumuna cavab olaraq Ukraynanın strateji obyektlərinə, o cümlədən "Oreşnik" kompleksindən istifadə edərək genişmiqyaslı zərbə endiriblər.
Ukrayna tərəfi belə bir hücumun olmadığını bildirib, bunun Rusiyanın Kiyevə zərbələrini pərdələmək üçün uydurduğunu qeyd edib. Rəsmi Kiyev Moskvanın sözügedən hücumla bağlı heç bir sübutunun olmadığını və hər hansı fakt təqdim etmədiyini vurğulayıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.