ain.az bildirir, Mia.az portalına istinadən.
Suriya ordusu Hələbi YPG döyüşçülərindən təmizləyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Suriya ordusu açıqlama yayıb.
Bildirilib ki, Suriya ordusu Hələbin Şeyx Maqsud məhəlləsində təhlükəsizlik əməliyyatlarını uğurla başa çatdırıb:
Hökumət yerli sakinlərə müraciət edərək hələlik evlərinə dönməmələrini tələb edib: "Terror təşkilatının elementləri əhali arasında gizlənməklə yanaşı, bəzi ərazilərdə mina tələlələrinin qurulma ehtimalı çoxdur. Ehtiyat tədbiri olaraq şəhər yoxlanışdan keçənə qədər evlərinizə dönməyin. Ərazini tərk etməyənlər isə evdə qalsınlar..."
Firudin Səfərli
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.