AZ

“Nənəmlə eyni yaşdadır”: Reperin sözləri Türkiyəni qarışdırdı

Türkiyə şou-biznesində yeni qalmaqal yaşanıb. Reper BLOK3-ün Demet Akalına ünvanladığı sözlər sosial mediada böyük səs-küyə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisənin əsası Demet Akalının musiqi platformalarındakı reytinqlərlə bağlı şübhəli məqamları dilə gətirməsindən sonra yaranıb. Müğənni bəzi mahnıların əvvəlcədən zirvəyə çıxacağının bilinməsinin sual doğurduğunu deyib və BLOK3-ün mahnılarını bəyəndiyini, lakin bu uğurun arxasında başqa mexanizmlərin ola biləcəyini bildirib.

Bu fikirlərə cavab verən BLOK3 isə kifayət qədər sərt ifadə işlədib. Reper Demet Akalına cavab verməyin ona uyğun olmadığını, çünki müğənninin nənəsi ilə eyni yaşda olduğunu deyərək müzakirələri daha da alovlandırıb.

Reperin bu açıqlamasından sonra Demet Akalın instaqram hesabında paylaşdığı “Tərbiyəsiz, utan” sözləri qalmaqalın qarşılıqlı müstəviyə keçdiyini göstərib. 

"Cebheinfo.az"

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr